Simsar.az | bizi özünüzə Simsar bilin
Sabah Bakının bu hissələrində su olmayacaq

Oktyabrın 4-də Bakının bir sıra ərazilərində içməli su olmayacaq. “Azərsu” ASC-dən Simsar.az -a verilən məlumata görə, Bakı şəhəri Babək prospektində su təchizatı infrastrukturunun yenidən qurulması layihəsi çərçivəsində yeni çəkilmiş magistral su xəttinin şəbəkəyə qoşulması ilə əlaqədar sabah gün ərzində Xətai rayonu A.İsmayılov, N.Əliyev və S.Vəzirov küçələrinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.

Yaranacaq narahatlıqla əlaqədar “Azərsu” ASC abonentlərdən üzr istəyir.

 

 

3 Oktyabr, 2018  19:45 Baxılıb: 1030

Bu bölmədə