Qaçan dustaqların işi: Fədayə Laçın xidməti otağımda “Qoca” ilə görüşüb
Bakı Ağır Cinayətlər Məhkəməsində xüsusi təyinatlı vaqondan məhbusların qaçmasında təqsirləndirilən müğənni Fədayə Laçın və daha 12 nəfərin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib. Simsar.az oxu.Az-a istinadən xəbər verir ki, hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə qatarda bələdçi işləyən İsmayıl Hüseynov şahid qismində ifadə verib. Şahid altı ildir qatarda bələdçi işlədiyini deyib. O deyib ki, hadisə günü “Qoca” ləqəbli Etibar Məmədov, Əli Ağami və Fədayə Laçın onun şəxsi kabinetində olublar: “Mən Fədayə Laçını iki dəfə qatarda görmüşəm. Məni otağımda yatmağa qoymadılar, çünki həmin müddətdə orada mübahisə düşmüşdü. Gedib əsgərlərin otağında yatmışdım. 10 saat yatdım, sonra xidməti otağıma gələndə gördüm ki, pəncərə açıqdır. Həmin vaxt artıq dustaqlar qaçmışdı. Bu barədə dərhal qarovul rəisinə məlumat verdim”. Şahidin ifadəsi ibtidai istintaqla ziddiyyət təşkil etdiyinə görə elan edilib. İfadədə göstərilib ki, təqsirləndirilən şəxslərlə yaxınları arasında qatarda görüş təşkil olunub. “Görüşlər mənim xidməti otağımda keçirilirdi. Fədayə Laçın da mənim xidməti otağımda “Qoca” ləqəbli Etibarla görüşüb. Həmin vaxt Əli Ağami də onlarla birlikdə idi. Eyni zamanda, Etibarla Əli Ağamiyə yaxşı şərait yaradılmışdı”.
3 Oktyabr, 2018 17:11 ⁄ Baxılıb: 1239
Bu bölmədə19 Aprel, 2024 Mingəçevirdə 20 yaşlı oğlan bıçaqlandı18 Aprel, 2024 31 yaşlı kişi tövlədə özünü asdı17 Aprel, 2024 Aytən Səfərova yol qəzasına düşüb – Ölən var1 Mart, 2024 Göyçayda 1 nəfər kanalda batıb27 Fevral, 2024 Bakıda həkim sevgilisi ilə birgə xanımını döydü |