Ermənistan prezidenti 6 naziri istefaya göndərib
Ermənistanda prezident Armen Sarkisyanın fərmanı ilə 6 nazir istefaya göndərilib. Trend-in məlumatına görə, istefaya göndərilən nəqliyyat, rabitə və informasiya texnologiyaları naziri Aşot Akopyan, idman və gənclər naziri Levon Vaqradyan, fövqəladə hallar naziri Qraçya Rostomyan, enerji infrastrukturları və təbii sərvətlər naziri Artur Qriqoryan (hamısı "Çiçəklənən Ermənistan" partiyasından), iqtisadi inkişaf və investisiyalar naziri Artsvik Minasyan və kənd təsərrüfatı naziri Artur Xaçatryandır ("Daşnaksütun" partiyası). Daha öncə Ermənistanın baş naziri Nikol Paşinyan bildirib ki, "Çiçəklənən Ermənistan" və "Daşnaksütun" partiyalarının nazir və qubernatorları işdən çıxarılandan sonra istefa verəcək. Paşinyan bildirib: "Nazirlər və qubernatorların işdən azad olunma haqqında qərar de-yure qüvvəyə mindikdə, mən istefaya gedəcəm... Ancaq baş nazir vəzifələrini icra edəcəyəm". Öz növbəsində "Daşnaksütun" partiyası bəyan edib ki, özü nazirlərini geri çağırır.
3 Oktyabr, 2018 09:30 ⁄ Baxılıb: 1421
Bu bölmədə23 Aprel, 2024 Aİ İrana qarşı sanksiyalarını davam etdirir1 Mart, 2024 Zelenskinin Ermənistana səfəri baş tutmayacaq22 Noyabr, 2022 Putin Soltanovskiyi vəzifəsindən azad etdi25 Oktyabr, 2022 Britaniyanın yeni Baş naziri vəzifəsinin icrasına başladı |