Simsar.az | bizi özünüzə Simsar bilin
Fuad Poladov dünyasını dəyişib

Azərbaycanın görkəmli teatr və kino aktyoru, xalq artisti Fuad Poladov dünyasını dəyişib. Trend-in məlumatına görə, ötən gün axşam vəfat edən F.Poladovun cənazəsi bu gün torpağa tapşırılacaq. Mərhumla vida mərasimi bu gün evində, Babək prospekti 10 ünvanında keçiriləcək. Fuad Poladov vəsiyyətinə əsasən, Yasamal rayonundakı "Qurd qapısı" qəbiristanlığında torpağa tapşırılacaq.

F.Poladov 1948-ci il mayın 24-də Bakıda anadan olub. 1987-ci ildə SSRİ-nin xalq artisti adına layiq görülüb.

5 May, 2018  10:30 Baxılıb: 5995

Bu bölmədə