Autizm sindromlu uşaqların iştirakı ilə moda nümayişi olub
Birgə və Sağlam" ictimai birliyinin və "Ümid var" xeyriyyə cəmiyyətinin təşkilatçılığı, AS Group şirkətinin baş sponsorluğu ilə aprelin 30-da saat 18:30-da YARAT Müasir İncəsənət Mərkəzində autizm sindromlu uşaqların iştirakı ilə moda nümayişi olub. "Autizm– Fərqli və Bizdən Biri" adlanan moda nümayişində Azərbaycanda bizim təşəbbüsümüzlə artıq üçüncü dəfə podiuma autizmli uşaqlar çıxıb. Hər zaman böyük qayğiya ehtiyacı olan autizmli uşaqlar bu dəfə " My Brands" mağazalar şəbəkəsinin yaz-yay kolleksiyalarını təqdim ediblər. Kolleksiyanı podiumda "Birgə və Sağlam" ictimai birliyinin reabilitasiya mərkəzinin 20 uşağı nümayiş etdirib. Uşaqları podiuma "Sevimli Bala" uşaq kulubunun tərkibində fəaliyyət göstərən Kiddoz Model Agentliyi hazırlayıb. Tədbirin düzənlənməsində bizim yanımızda olan şirkətlərin dəstəyi ilə baş tutan dəfilə həm də maarifləndirici xarakter daşıyır. Məlumat üçün bildirək ki, aprel ayi Birləşmiş Millətlər Təşkilatı tərəfindən 2007-ci ildən etibarən Ümumdünya Autizm Maarifləndirilməsi ayı kimi qeyd edilir. Bu səbəbdən də tədbir boyu qonaqlarımızın "Autizm nədir?" sualına cavab tapması üçün müxtəlif qısametrajlı filmlər göstəriləcək, autizmi anladan bukletlər paylanacaq. Ətrafındakı insanlardan anlayış, sevgi, qayğı gözləyən bu uşaqların cəmiyyətə inteqrasiyası, sosiallaşması baxımından da tədbirimiz mühüm əhəmiyyət kəsb edir."- deyə təşkilatçı bildirib. Çox maraqlı proqramla təqdim olunan moda nümayişində autizmli uşaqların başqa istedadları da nümayiş edildi. Belə ki, onların xor şəklində ifaları “biz də cəmiyyətin ayrılmaz parçasıyıq” mesajını verdi. Tədbirdə əməkdar artist Tünzalə Ağayeva, musiqisi ona, sözləri Murad Arifə məxsus autizmli uşaqlara həsr etdikləri "Fərqliyəm" mahnısını ifa edib. Tədbirdə başqa sənətçilər Natavan Həbibi və modelyer Gülnarə Xəlilova da iştirak edib. Qeyd edək ki, Moda nümayişindən əldə olunan vəsait "Birgə və Sağlam" ictimayi birliyinin reabilitasiya mərkəzinin imkansız ailələrinin autizmli uşaqlarının təhsilinə sərf olunacaq.
2 May, 2018 11:35 ⁄ Baxılıb: 6325
Bu bölmədə19 Aprel, 2024 Sabahın hava proqnozu19 Aprel, 2024 Baş prokuror Ağdaşda qəbul keçirəcək18 Aprel, 2024 Ağcabədi rayonunun 110 min manatlıq yolu... FOTO18 Aprel, 2024 “WhatsApp”da yeni funksiya var |