Simsar.az | bizi özünüzə Simsar bilin
Bakıda qayınatasını qətlə yetirən şəxs tutulub

Bakıda qayınatasını qətlə yetirən şəxs tutulub. “Report”un xəbərinə görə, DİN-in yaydığı məlumatda bildirilib ki, aprelin 21-də Sabunçu rayonunun Maştağa qəsəbəsində qəsəbə sakini Hətəm Şabanovun küt alətlə qətlə yetirilmiş meyiti tapılıb. Polis və prokurorluq orqanları əməkdaşlarının birgə keçirdikləri istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Bakı şəhər sakini Samir Şabanov saxlanılıb. Araşdırma aparılır.

23 Aprel, 2018  13:42 Baxılıb: 5186

Bu bölmədə