Simsar.az | bizi özünüzə Simsar bilin
Səbuhi Hüseynov: "AMEA Arxeologiya və Etnoqrafiya institutunun rəhbərliyinə səslənirəm"

AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun elmi işçisi Səbuhi Hüseynov  öz facebook səhifəsində rəhbərliyə mesaj göndərib.

"Buradan AMEA Arxeologiya və Etnoqrafiya institutunun rəhbərliyinə səslənirəm. Etdiyiniz şeylər çox utanc verici şeylərdir. Belə bir strateji elm ocağına rəhbərlik edən insanların, bu cür cılız hərəkətlər etməsi də çox ayıbdır. İnsanları, özü də uzun müddət bir yerdə çalışdığım insanları, mənə doğru qaldırmaq cəhdləriniz uğursuzdur, keçmiş priyomlarınız mənə keçməz. İdarəniz altında olan insanları mənə qarşı qoya da bilməyəcəksiniz. Bu keçmiş proyomlarla mənə qarşı mübarizəniz, bir daha mənim sizə qarşı mübarizəmin doğru olduğunu göstərir. Mənim suallarım bəllidir. Qarabağla bağlı işləriniz yox dərəcəsindədir. Bütün işləriniz kağız üzərində dövlətin sizə etibar etdiyi maliyyəni sadəcə olaraq oğurlamaqdan ibarətdir. Bunun əksini sübut etmək isə heç ağlınıza da gəlmir. Nəyə güvənirsiniz, kimə güvənirsiniz? O institutun təkcə #Qarabağ la bağlı fəaliyyətinin yoxlanması kifayətdir ki, mənə nə üçün cavab verə bilməməyiniz bəlli olsun. Ümumilikdə isə institutun elmi abu havasını məhv etmisiniz. İnsanlar intriqa və hucumlarınızın qorxusundan artıq iş yerlərində rahat elmi faəliyyət göstərə bilmirlər. İnstitutda haqqı yeyilməmiş bir nəfər də əməkdaş qoymamısınız qalsın, qorxu altında onlara təsir etmək və ölkə rəhbərliyinin onlar üçün yaratdığı şəraiti onların əlindən almağa haqqınız yoxdur. Buradan, AMEA rəhbərliyinə səslənirəm. Son günlər görünən odur ki, mənim haqqlı çıxışlarıma cavab verə bilməyən institut rəhbərliyi idarəetməni tam bir xaosa çevirib. Özləri də nə etdiklərini bilmir. Mənə cavabları qorxu, hücum və digər terror metodlarından başqa bir şey də deyil. Çünki idarə etmə içdən çürüyüb."

15 Aprel, 2018  11:45 Baxılıb: 4659

Bu bölmədə

16 Mart, 2024
Sabahın havası