Simsar.az | bizi özünüzə Simsar bilin
Rusiyanın hərbi helikopteri itkin düşüb

Baltik dənizi səmasında Rusiyanın “Ka-29” hərbi helikopteri itkin düşüb. “Report” TASS-a istinadən xəbər verir ki, bu barədə ölkənin hüquq-mühafizə orqanları məlumat yayıb. Helikopterin göyərtəsində iki ekipaj üzvü olub. Helikopterlə rabitə əlaqəsi kəsilib.

Hazırda axtarış-əməliyyat tədbirləri keçirilir. Hadisənin səbəbi araşdırılır.

13 Aprel, 2018  11:03 Baxılıb: 4215

Bu bölmədə