Simsar.az | bizi özünüzə Simsar bilin
"ZAHRA" brendinin 1 yaşı oldu

Aprelin 7-də Chələbidə  yeni Azərbaycan brendi “ZAHRA” nın 1 illik fəaliyyətinin tamam olması münasibəti ilə tədbir düzənlənib. Qeyd edək ki, ötən ilin mart ayında fəaliyyətinə start verən “ZAHRA” əsasən baş çalmaları və turban istehsal edən brenddir. Marka fəaliyyət göstərdiyi qısa müddət ərzində ölkə daxilində böyük uğur qazanaraq, online satışlar vasitəsi ilə böyük müştəri kütləsi toplayıb. 1 il ərzində onlarla rəngarəng, özəl parçalardan, xüsusi dizaynla və əl işləri ilə zəngin turban çeşidlərini modasevərlərin ixtiyarına verib.Birendin yaradıcısı və təsisçisi  gənc modelyer Vüsalə İldırımzadədir.

Məlumat üçün bildirək ki, BDU-nun Hüquq fakültəsini bitirən Vüsalə xanımın hələ uşaqlıqdan incəsənətə, modaya olan marağı onu bu sahəyə yenidən gətirib. Bu işə peşəkar kimi sahib olmaq üçün xüsusi təhsil alan gənc modelyer hazırda University of theArts London-da oxuyur. Hazırladığı geyimlərdə və turbanlarda Şəki ipəyindən xüsusi istifadə edən Vüsalə xanımın “ZAHRA”nın gələcək fəaliyyəti ilə bağlı hədəfləri böyükdür: ”Mən “ZAHRA” nı bir Azərbaycan brendi kimi dünyaya çıxartmaq istəyirəm. Yaxın gələcəkdə “ZAHRA” məhsulları aparıcı beynəlxalq pərakəndə şəbəkələrdə satışa çıxarılacaq”. Həm geyim kolleksiyasında, həm baş çalmalarında stil olaraq orta şərq və qərb mədəniyyətlərini özündə əks etdirən modelyer bu səbəbdən məhsullarının maraqla qarşılandığına əmindir.Qeyd edək ki, tədbirdə brendin fəaliyyətini əks etdirən zahra.az saytının təqdimatı və xüsusi olaraq hazırlanan kapsul kolleksiyanın nümayişi olub. 12 geyimdən ibarət olan kolleksiyadakı əlbisələrin əksəriyyəti Şəki ipəyindən tikilib. Dəfilədə təqdim olunan hər bir geyim “ZAHRA” brendinin əsas istehsalı olan turbanlarla tamamlanıb.

“ZAHRA" brendi aprelin beynəlxalq autizm ayı olmasını nəzərə alaraq, tədbirdə satılan ilk turbandan əldə olunan gəliri autizmli uşaqların reabilitasiyası üçün "Ümid var" xeyriyyə birliyinə verib.

Taninmiş aparıcı Leyla Əliyevanin təqdimatı ilə keçən tədbirə  incəsənət xadimləri, moda biliciləri, populyar blogerlər qatılıb.

Simsar.az

 

10 Aprel, 2018  19:19 Baxılıb: 2458

Bu bölmədə