Simsar.az | bizi özünüzə Simsar bilin
Sabah 3 ölkənin müdafiə nazirləri görüşəcək

Sabah Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə nazirlərinin üçtərəfli görüşü olacaq. Görüş Türkiyənin Giresun şəhərində keçiriləcək. Toplantıda Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənovun, Türkiyənin müdafiə naziri Nurəddin Caniklinin və Gürcüstanın müdafiə naziri Levan İzorianın iştirak etməsi planlaşdırılır.

Qeyd edək ki, Z.Həsənov martın 28-də Türkiyəyə səfərə gedib. O, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, müdafiə naziri Nurəddin Canikli, Silahlı Qüvvələri Baş Qərargah rəisi ordu generalı Hulusi Akar, Müdafiə Sənayesi Komitəsinin sədri İsmayıl Demirlə görüşüb.(Report)

 

30 Mart, 2018  11:54 Baxılıb: 1730

Bu bölmədə