“Azərişıq” şiddətli küləyə görə ehtiyat tədbirlər görüb
Hava şəritinin kəskin dəyişilməsini nəzərə alaraq 30-31 mart tarixlərində İstehlakçıların fasiləsiz və keyfiyyətli elektrik enerjisi ilə təchiz olunması , habelə baş verə biləcək hər hansı qəza hadisəsinin qarşısının alınması məqsədilə “Azərişıq” ASC-də qabaqlayıcı və zəruri tədbirlər görülüb. Bu barədə “Azərişıq” ASC-nin mətbuat xidməti bildirir. Məlumata görə elektrik şəbəkələrinin normal iş rejiminin təmin olunması məqsədilə RETSİ-lər üzrə təşkil edilmiş növbətçilik üzərində nəzarət gücləndirilib. Texniki Direktorluğa tabe olan xidmət sahələrində və Avtonəqliyyat İdarəsində növbətçilik təşkil edilərək zəruri olan mal-materialların ehtiyatı yaradılıb. Hazırda ölkə boyu İstehlakçılar fasiləsiz və keyfiyyətli elektrik enerjisi ilə təchiz olunurlar. Fərdi qaydada belə hər hansı problemləri yaranarsa İstehlakçılardan 199 “Çağrı mərkəzi”nə zəng etmələri xahiş olunur.
30 Mart, 2018 11:49 ⁄ Baxılıb: 1637
Bu bölmədə25 Aprel, 2024 Elmira Süleymanova vəfat etdi24 Aprel, 2024 Sabah 31 dərəcə isti olacaq - PROQNOZ19 Aprel, 2024 Sabahın hava proqnozu19 Aprel, 2024 Baş prokuror Ağdaşda qəbul keçirəcək |