Simsar.az | bizi özünüzə Simsar bilin
20 saylı məktəb - liseydə hər şagirddən ayda 5 manat məbləğində pul yığılır

Simsar.az -adaxil olan məlumata görə 20 saylı məktəb - liseydə hər şagirddən ayda 5 manat məbləğində pul yığılır. Valideynlərin sözlərinə görə məktəbin direktoru Səadət Veyisova iclas keçirərək Valideyn Müəllim Assosasiyası yaradıb. Assosasiyaya valideynlərdən prezident və xəzinədar da seçilib. Sözügedən Assosasiya məktəbdə dərs zamanı işlədilən marker, kağız və sair dəftərxana ləvazimatının alınması üçün hər şagirddən 5 azn pul yığılır. Valideynlər bildirir ki, məktəbdə təxminən 3000 -ə yaxın şağird oxuyur. Şagirdlərin sayını nəzərə alsaq yığılan pulun cəmi ayda 15000 manat edir. Məsələyə münasibət öyrənmək üçün məktəb rəhbərliyi ilə əlaqə saxlamaq istəsək də cəhdimiz boşa çıxdı.

Problem ilə bağlı Təhsil Nazirliyi ilə də əlaqə saxlayıb məsələyə münasibətlərini öyrənəcəyik. Bizi izləyin.

28 Mart, 2018  11:21 Baxılıb: 3955

Bu bölmədə

16 Mart, 2024
Sabahın havası