Simsar.az | bizi özünüzə Simsar bilin
Daha 5 azərbaycanlı Rusiya vətəndaşlığı aldı

Rusiya prezidenti Vladimir Putin 63 nəfərə Rusiya vətəndaşlığının verilməsi ilə bağlı fərman imzalayıb. Virtualaz.org “Russia Today”ə istinadən xəbər verir ki, vətəndaşlıq alanlar arasında 10 Özbəkistan vətəndaşı, 6 Ermənistan və bir o qədər Tacikistan vətəndaşı var. Əfqanıstandan, Belarusdan, Azərbaycandan və Moldovadan hərəsindən 5 nəfər olmaqla yeni Rusiya vətəndaşlıq pasportları alacaqlar.

Vyetnamdan 3 nəfərin, Qazaxıstandan 2 nəfərin, İsraildən, Çindən, Serbiyadan, Livandan və Qırğızıstandan hərəsindən bir nəfərin adı fərmanda əks olunub.

27 Mart, 2018  16:33 Baxılıb: 1589

Bu bölmədə