Simsar.az | bizi özünüzə Simsar bilin
İlham Əliyev Vladimir Putini təbrik edib

Azərbaycan Prezidenti İlham Əliyev Vladimir Putini növbəti dəfə Rusiya prezidenti seçilməsi münasibətilə təbrik edib.Bu barədə Azərbaycan Prezidentinin rəsmi saytında bildirilir.

"Sizi Rusiya Federasiyasının prezident seçkilərində qəti qələbə münasibətilə səmimi qəlbdən təbrik edirəm. Bu qələbə sizin yüksək siyasi nüfuzunuza və ölkədə sizin tərəfinizdən həyata keçirilən sabitliyin, qanunçuluğun təminatına yönəldilmiş, uzunmüddətli sosial proqramların reallaşdırılması, genişmiqyaslı dəyişikliklərin həyata keçirilməsi, xalqın rifahının artımına imkan yaradan kursa aktiv dəstəyi nümayiş etdirir"- deyə təbrik məktubunda bildirilir.

Məktubda qeyd edilir ki, Azərbaycan və Rusiyanı çox əsrlik sıx dostluq və mehribanlıq zəncirləri bağlayır. "Sevindiricidir ki, bu gün bu möhkəm bünövrədə bizim dövlətlərarası münasibətlərimiz müvəffəqiyyətlə inkişaf edir", - deyə İlham Əliyevin təbrik məktubunda vurğulanır.

Prezident İlham Əliyev Azərbaycan-Rusiya ikitərəfli əlaqələrinin, hərtərəfli əməkdaşlığın və bütövlükdə qarşılıqlı fəaliyyətin genişlənməsində Vladimir Putinin şəxsi töhfəsini qeyd edib.

19 Mart, 2018  10:04 Baxılıb: 1580

Bu bölmədə