Bakıda sərnişin avtobusu qəza törədib
Bakıda 18 nömrəli marşrut avtobusu minik avtomobili ilə toqquşub. Hadisə metronun "20 yanvar" stansiyasının yaxınlığında qeydə alınıb. Belə ki, Moskva prospektindən Müzəffər Həsənov küçəsinə dönən avtobus yolun kənarında dayanan "Azsamand" markalı avtomobilə çırpılıb. Qəza nəticəsində 99-AB-749 dövlət nömrə nişanlı minik avtomobilinin sol yan güzgüsü qırılıb. "Azsamand" sürücüsünün iddiasına görə, bu həftə ərzində 18 nömrəli marşrut avtobus ikinci dəfədir ki, onun avtomobilini əzir: "Birinci dəfə sürücü hadisə yerindən uzaqlaşmışdı". (Report)
16 Mart, 2018 13:40 ⁄ Baxılıb: 1660
Bu bölmədə19 Aprel, 2024 Mingəçevirdə 20 yaşlı oğlan bıçaqlandı18 Aprel, 2024 31 yaşlı kişi tövlədə özünü asdı17 Aprel, 2024 Aytən Səfərova yol qəzasına düşüb – Ölən var1 Mart, 2024 Göyçayda 1 nəfər kanalda batıb27 Fevral, 2024 Bakıda həkim sevgilisi ilə birgə xanımını döydü |