Simsar.az | bizi özünüzə Simsar bilin
Böyükağa Hacıyev vəfat edib

“Neftçi” futbol klubunun sabiq baş məşqçisi, AFFA Məşqçilər Komitəsinin üzvü Böyükağa Hacıyev vəfat edib. 60 yaşlı məşqçi uzun sürən xəstəlikdən sonra bu gün dünyasını dəyişib. 1958-ci il aprelin 20-də dünyaya göz açmış B.Hacıyev 2011-2013 və 2014-cü illərdə "Neftçi”nin baş məşqçisi olub. Bu müddət ərzində komandaya ölkə çempionluğunu (2012, 2013) və kubokunu (2013) qazandırmış B.Hacıyev "Neftçi”ni Azərbaycan futbolu tarixində ilk dəfə olaraq Avropa Liqasının qrup mərhələsinə yüksəldib (2012).

Allah rəhmət eləsin!(trend)

16 Mart, 2018  13:38 Baxılıb: 1184

Bu bölmədə