Simsar.az | bizi özünüzə Simsar bilin
Azərbaycan və İran viza rejimini sadələşdirəcək

Yaxın gələcəkdə İran vətəndaşları aeroportlarda Azərbaycan vizası ala biləcəklər. Trend-in məlumatına görə, bu barədə Azərbaycan, Gürcüstan, Türkiyə və İran xarici işlər nazirlərinin bu gün Bakıda keçirilən görüşündə İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif bildirib. Çıxışında iranlı nazir regional əməkdaşlığın əhəmiyyətini vurğulayıb.

"Bizim regional əməkdaşlığa ehtiyacımız var. İran İslam Respublikası regionda həm ikitərəfli, həm də çoxtərəfli əməkdaşlıq qurmağı planlaşdırır. Bu əlaqənin ən vacib sahələrindən biri tranzitdir. Biz Fars körfəzini Hind okeanı və Qara dənizlə birləşdirəcək ən sərfəli marşrut yaratmağa qadirik. Enerji və turizm sahəsində də imkanlar mövcuddur".

Qeyd edək ki, bu gün Bakıda Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun, Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunun, İranın xarici işlər naziri Məhəmməd Cavad Zərifin, Gürcüstanın Baş nazirinin müavini, xarici işlər naziri Mixeil Canelidzenin iştirakı ilə Azərbaycan-Türkiyə-İran-Gürcüstan xarici işlər nazirlərinin birinci dördtərəfli görüşü keçirilib. Görüşdə Bakı Bəyannaməsi qəbul edilib.

16 Mart, 2018  01:14 Baxılıb: 1330

Bu bölmədə