Simsar.az | bizi özünüzə Simsar bilin
Biləsuvarda 7 yaşlı qız açar uddu

Biləsuvarda nəzarətsiz qalan 7 yaşlı qız açar udub. APA-nın məlumatına görə, hadisə rayon ərazisində qeydə alınıb. Rayon sakini Şəfanə Ramil qızı Əmənli ailə üzvlərinin nəzarətindən yayınaraq qapının açarını udub. Yaxınları onu xəstəxanaya çatdırıb.

Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilən Ş.Əmənli əvvəlcə burada müayinə olunub. Lazımi tədbirlər görüldükdən sonra isə Bakıya göndərilib.

14 Mart, 2018  21:46 Baxılıb: 1359

Bu bölmədə