Simsar.az | bizi özünüzə Simsar bilin
"Sumqayıt" "Kəpəz"i yenərək 3-cü pilləyə yüksəlib

Futbol üzrə Azərbaycan Premyer Liqasında XX turun son oyunu keçirilib. "Kapital Bank Arena"da "Sumqayıt" "Kəpəz"i qəbul edib. Görüş meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. Hesabı 44-cü dəqiqədə qonaq komandadan İqor Korotetski açıb. Meydan sahibləri bərabərlik qolunu 72-ci dəqiqədə vurmağa müvəffəq olub. Müdafiəçi Bəhlul Mustafazadə fərqlənib. Qələbə topunun müəllifi isə 89-cu dəqiqədə Cavid İmamverdiyev olub.

Bununla da xallarını 34-ə çatdıran "Sumqayıt" "Zirə"ni keçərək, 3-cü pilləyə yüksəlib. "Kəpəz" isə 10 xalla yenə sonuncu - 8-ci pillədə qərarlaşıb.(report)

14 Mart, 2018  23:41 Baxılıb: 1727

Bu bölmədə