Moskvada İŞİD tərəfdarlarının kütləvi həbsi
Rusiyanın paytaxtı Moskvada və şəhərkənarı rayonlarda İŞİD qruplaşması tərəfdarlarını döyüşmək məqsədilə Suriya və İraqa göndərən mütəşəkkil dəstə ifşa olunub. Virtualaz.org bildirir ki, bu barədə Rusiya FTX-nin İctimai əlaqələr mərkəzi məlumat yayıb. O da məlum olub ki, sözügedən radikal dəstə həm də Mərkəzi Asiya ölkələrindən olan qanunsuz miqrantlar üçün saxta sənədlər hazırlamaqla məşğul olub. FTX və DİN əməkdaşlarının birgə keçirdiyi xüsusi əməliyyatın gedişatında saxta sənədlərin hazırlanması üzrə 3 laboratoriya aşkarlanıb. Həmin obyektlərdə dövlət sərhədindən keçməni “təsdiq edən” saxta ştamplar, möhürlər, miqrasiya kartlarının blankları, xarici dövlətlərə aid pasportların orijinalları və surətləri müsadirə olunub. Güc strukturları reydlər zamanı 60 xarici vətəndaşı şübhəli qismində saxlayıb. Onların terrorçu qruplaşmaların emissarları ilə əlaqələri təsdiqini tapıb. İş üzrə əməliyyat-axtarış tədbirləri davam etdirilir.
14 Mart, 2018 11:19 ⁄ Baxılıb: 1576
Bu bölmədə1 Mart, 2024 Zelenskinin Ermənistana səfəri baş tutmayacaq22 Noyabr, 2022 Putin Soltanovskiyi vəzifəsindən azad etdi25 Oktyabr, 2022 Britaniyanın yeni Baş naziri vəzifəsinin icrasına başladı8 İyun, 2022 İranda qatar qəzası - 17 ölü, 50 yaralı |