Proqnozlar Bürosu: Yağmurlu hava şəraiti davam edəcək
"Növbət iki gündə ölkə ərazisində hava şəraitinin əsasən mülayim olacağı və yağmurlu keçəcəyi gözlənilir". Bunu “Report”a açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova deyib. O bildirib ki, martın 13-14-də havanın temperaturunda mühüm dəyişiklik gözlənilmir: "Lakin bəzi şimal və şərq rayonlarında yağış, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var". Paytaxda müşahidə olunacaq hava şəraitinə gəlincə, mütəxəssis bildirib ki, mart ayının 13-14-də Bakı şəhərində fasilələrlə, arabir çiskinli yağış yağacaq: "Növbəti iki gündə mülayim cənub-şərq küləyi əsəcək".
12 Mart, 2018 13:04 ⁄ Baxılıb: 992
Bu bölmədə24 Aprel, 2024 Sabah 31 dərəcə isti olacaq - PROQNOZ19 Aprel, 2024 Sabahın hava proqnozu19 Aprel, 2024 Baş prokuror Ağdaşda qəbul keçirəcək18 Aprel, 2024 Ağcabədi rayonunun 110 min manatlıq yolu... FOTO |