Simsar.az | bizi özünüzə Simsar bilin
MTRŞ: “Real” TV bu həftə ərzində fəaliyyətə başlayacaq

“Real” TV bu həftə ərzində fəaliyyətə başlayacaq. Bu barədə “Report”a Milli Televiziya və Radio Şurasından məlumat verilib.

“Real” TV-nin “Azerspace”də yayım tezliyi 11135, polarization, horizontal və symbol rate 27500 olacaq.  Xatırladaq ki, Şuranın martın 5-də keçirilən iclasının qərarına əsasən, “Real Təhlil İnformasiya Mərkəzi” MMC-yə ixtisaslaşmış (xəbər) kanal kimi peyk yayımı üçün müddətsiz lisenziya verilib. MMC-nin xəbər kanalı “Real” TV adlanır. MMC-nin baş direktoru tanınmış telejurnalist Mir Şahin Ağayevdir.

12 Mart, 2018  12:20 Baxılıb: 1109

Bu bölmədə

16 Mart, 2024
Sabahın havası