Simsar.az | bizi özünüzə Simsar bilin
Bü gündən intensiv yağışlar başlayacaq - XƏBƏRDARLIQ

Azərbaycanın qərb rayonlarından başlayaraq, artıq qeyri-sabit hava şəraiti müşahidə olunmağa başlayıb. Bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova bildirib.

Onun sözlərinə görə, Azərbaycanın rayonlarında martın 9-u gündüzdən martın 10-u gündüzədək hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağış, dağlıq ərazilərdə qar yağacağı, bəzi yerlərdə intensiv olacağı gözlənilir. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu ötən günlərlə müqayisədə 5-8 dərəcə aşağı enəcək. Çaylarda sululuğun artacağı ehtimal olunur.

Bakıda və Abşeron yarımadasında isə bu gün günün ikinci yarısından başlayaraq, havanın qeyri-sabit keçəcəyi - güclü şimal-qərb küləyinin əsəcəyi, arabir yağış yağacağı, bəzi yerlərdə intensiv olacağı gözlənilir. Havanın temperaturu ötən günlərlə müqayisədə 5-7 dərəcə aşağı enəcək. Qeyri-sabit hava şəraiti martın 10-u səhərədək davam edəcək. Martın 10-da gündüz artıq şimal-qərb küləyi mülayim şərq küləyi ilə əvəzlənəcək

G.Məmmədova bildirib ki, martın 10-u gündüz və 11-də ölkədə hava mülayimləşəcək. artın 11-də havanın temperaturu bu günlə müqayisədə 2-3 dərəcə yüksələcək.(trend)

9 Mart, 2018  13:19 Baxılıb: 898

Bu bölmədə