Simsar.az | bizi özünüzə Simsar bilin
Şimali Koreya nüvə proqramından imtina etməyə hazırdır

Cənubi Koreyanın milli təhlükəsizlik üzrə müşaviri Çon In Yon bəyan edib ki, onunla görüş zamanı Şimali Koreya lideri Kim Çen In raket və nüvə sınaqlarını dayandırmağa hazır olduğunu bildirib. Bu barədə “RİA Novosti” nəşri yazır. “Prezident Donald Trampa dedim ki, KXDR prezidenti Kim Çen Inla görüş zamanı sonuncu nüvə proqramından imtina etməyə hazır olduğunu bildirib. In gələcəkdə nüvə və raket sınaqları keçirməyəcəyini vəd edib”, - deyə In Yon qeyd edib. Xatırladaq ki, bundan əvvəl ABŞ prezidenti Donald Tramp Şimali Koreya lideri Kim Çen Inla görüşməyə razılıq verib.(Oxu.az)

9 Mart, 2018  12:39 Baxılıb: 1728

Bu bölmədə