Dollar və avrodan sonra daha bir dünya valyutası gündəmdə
Çin hakimiyyəti yuanı dünya valyutası etmək niyyətindədir. Trend-in məlumatına görə, bunu Çin Xalq Bankının rəhbəri Çjou Syaoçuan bildirib. O qeyd edib ki, Çinin milli valyutası olan yuanın beynəlmiləlləşdirilməsi prosesi üzrə kifayət qədər tədbirlər görülüb: "Bu tədbirlər ticarət və investisiyalarda yuandan istifadəyə imkan verəcək. Bundan başqa, Çin gələcəkdə öz maliyyə bazarını açacaq". Bank rəhbəri əlavə edib ki, dünya bazarının iştirakçılarının hesablamalarda yuana keçməsi üçün bir xeyli vaxt lazımdır. Qeyd edək ki, 2015-ci ilin noyabrında Beynəlxalq Valyuta Fondu yuanın 2016-cı il oktyabrın 1-dən SDR səbətinə daxil edilməsi barədə qərar qəbul edib. Artıq bu səbətə dollar, avro, funt sterlinq və yapon yeni də daxildir.
9 Mart, 2018 12:34 ⁄ Baxılıb: 1821
Bu bölmədə5 Yanvar, 2023 Azərbaycan nefti kəskin ucuzlaşdı24 Noyabr, 2022 Azərbaycan nefti ucuzlaşdı23 Noyabr, 2022 Bu günə olan valyuta məzənnələri18 Noyabr, 2022 Bu günə olan valyuta məzənnələri18 Noyabr, 2022 Azərbaycan nefti ucuzlaşmaqda davam edir |