Simsar.az | bizi özünüzə Simsar bilin
Bakıda zəncirvari qəza

Paytaxtın Nəsimi rayonu ərazisində zəncirvari yol qəzasa baş verib. "Report"un məlumatına görə, qəzaya Mirəli Qaşqay küçəsində yol nişanının tələbinə əməl etməyən 90-NA-690 dövlət qeydiyyat nişanlı "KİA" markalı avtomobilin sürücüsü səbəb olub.

O, Abbasqulu Ağa Bakıxanov küçəsində yüksək sürətlə hərəkət edən "BMW" markalı avtomobilə çırpılıb. Zərbənin gücündən BMW də yol kənarında dayanmış 99-CE-514 dövlət qeydiyyat nişanlı "Opel"ə dəyib. Hadisə nəticəsində hər üç avtomobil deformasiyaya uğrayıb.

Qəza yerinə Yol Patrul Xidmətinin əməkdaşları cəlb olunub. Baş vermiş qəza ilə əlaqədar avtotexniki ekspertiza təyin edilib. Avtomobillər cərimə meydançasına yerləşdirilib.

7 Mart, 2018  11:30 Baxılıb: 1325

Bu bölmədə