Milli Məclis sabah növbəti iclasa toplanacaq - GÜNDƏLİK
Sabah-martın 6-da Milli Məclisin növbəti plenar iclası keçiriləcək. İclasın gündəliyinə 24 məsələ daxil edilib. Milli Məclisin martın 6-da keçiriləck iclasında aşağıdakı məsələlər müzakirə ediləcək:
1.“Məcburi dövlət sosial sığorta sahəsində borcların tənzimlənməsi haqqında” qanun layihəsi 2. “Azərbaycan Respublikası Milli Məclisin Deputatının statusu haqqında” qanuna dəyişiklik; 3. Seçki Məcəlləsinə dəyişiklik; 4. İnzibati Xətalar Məcəlləsinə dəyişiklik; 5. Cinayət Məcəlləsinə dəyişiklik; 6. “Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” qanuna dəyişiklik; 7. “Fövqəladə hallar orqanlarında xidməkeçmə haqqında” qanuna dəyişiklik; 8. “Miqrasiya orqanlarında qulluq keçmə haqqında” Əsasnaməyə dəyişiklik; 9. “Dövlət qulluğu haqqında” qanuna dəyişiklik; 10. “Yaşayış minimumu haqqında” qanuna dəyişiklik; 11. “Konstitusiya məhkəməsi haqqında” qanuna dəyişiklik; 12. “Məhkəmələr və hakimlər haqqında” qanuna dəyişiklik; 13. “Sosial sığorta haqqında” qanuna dəyişiklik; 14. “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” qanuna dəyişiklik; 15. “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” qanuna dəyişiklik; 16. “Sosial müavinətlər haqqında” qanuna dəyişiklik; 17. Birləşmiş Millətlər Təşkilatının “Beynəlxalq müqavilələrdə elektron kommunikasiyaların istifadəsinə dair Konvensiya”sına qoşulmaq haqqında Azərbaycan Respublikasının qanun layihəsi; 18. Şəhərsalma və Tikinti Məcəlləsinə dəyişiklik; 19. “Yaşıllıqların mühafizəsi haqqında” qanuna dəyişiklik; 20. “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” qanuna dəyişiklik; 21. Ticarət Gəmiçiliyi Məcəlləsinə dəyişiklik; 22. “Ələt azad iqtisadi zonası haqqında” qanun layihəsi ikinci oxunuşda; 23. “Dövlət rüsumu haqqında” qanuna dəyişiklik; 24. İnzibati Xətalar Məcəlləsinə dəyişiklik.
5 Mart, 2018 12:06 ⁄ Baxılıb: 1184
Bu bölmədə17 Aprel, 2024 İlham Əliyev qəbul keçirdi14 Mart, 2024 Erməni qoşunları bu kəndlərdən çıxarılır19 Fevral, 2024 Prezident İlham Əliyev Türkiyədə səfərdədir |