Simsar.az | bizi özünüzə Simsar bilin
Sumqayıtda DƏHŞƏTLİ HADİSƏ - Bir evdən 6 meyit çıxarıldı

Sumqayıtda bir evdən 6 meyit tapılıb. Simsar.az saytı “Qafqazinfo”ya istinadən xəbər verir ki, qonşular polisə şikayət edərək bir neçə gündür mənzildən pis qoxunun gəldiyini bildiriblər.  Bundan sonra hüquq-mühafizə orqanları hadisə yerinə gəlib. Sülh küçəsində yerləşən həmin mənzildə 6 nəfərin meyiti aşkar edilib. Sumqayıt Şəhər Polis İdarəsindən məlumatı təsdiqləyiblər. Bildirilib ki, hazırda işlə bağlı şəhər prokurorluğunda araşdırma aparılır.

Sumqayıt şəhər prokurorunun böyük köməkçisi Pərviz Əliyev “Qafqazinfo”ya açıqlamasında bildirib ki, həmin şəxslər bir ailənin üzvləri olub: “Faktla bağlı Cinayət Məcəlləsinin 314.3-cü (səhlənkəralıq; ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılıb. Hazırda istintaq davam etdirilir”. Məlumata görə, ailə üzvləri dəm qazından zəhərləniblər.

5 Mart, 2018  11:50 Baxılıb: 1440

Bu bölmədə