Simsar.az | bizi özünüzə Simsar bilin
Messi 600-cü qolunu vurdu

İspaniyanın “Barselona” klubunun argentinalı hücumçusu Lionel Messi karyerasında 600-cü qolunu vurub. Bu, İspaniya çempionatı çərçivəsində “Atletiko” (Madrid) ilə matçda baş verib.

Matçın 26-cı dəqiqəsində Lionel Messi cərimə zərbəsindən möhtəşəm qol vuraraq komandasını hesabda önə çıxarıb. Beləliklə, 30 yaşlı futbolçu karyerasında vurulan qolların sayını 600-ə çatdırıb. Karyerası ərzində 747-ci oyununa çıxan Messiş 539 dəfə “Barselona”nın, 61 dəfə isə Argentina yığmasının heyətində rəqiblərini məyus edib.(apa)

4 Mart, 2018  22:42 Baxılıb: 1741

Bu bölmədə