Lənkəranda 5 nəfər dəm qazından zəhərlənib
Lənkəranda biri uşaq olmaqla 5 nəfər dəm qazından zəhərlənib. İlk hadisə şəhərin Füzuli küçəsində qeydə alınıb. Şəhər sakini, 2002-ci il təvəllüdlü Sevinc Mahir qızı Kazımzadə və onun anası, 1970-ci il təvəllüdlü Elmira Həsənalı qızı Kazımzadə hamamda çimərkən dəm qazından zəhərlənib. Onlar təcili yardım maşını ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Hər iki şəxsə ilkin tibbi yardım göstəriləndən sonra reanimasiya şöbəsinə yerləşdirilib. Vəziyyətləri kafi qiymətləndirilir. Digər 3 nəfər isə rayonun Balıqçılar qəsəbəsində dəm qazından zəhərlənib. Belə ki, 1966-cı il təvəllüdlü Təxminə Bəxtiyar qızı Sadıqova, onun qızı 2012-ci il təvəllüdlü Yaqut Daşdəmir qızı Sadıqova, həmçinin ailənin digər üzvü Tünzalə Saleh qızı Sadıqova ev şəraitində dəm qazından zəhərlənib. Onlar da Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Faktlarla bağlı araşdırma aparılır.(virtual)
4 Mart, 2018 22:39 ⁄ Baxılıb: 1183
Bu bölmədə19 Aprel, 2024 Sabahın hava proqnozu19 Aprel, 2024 Baş prokuror Ağdaşda qəbul keçirəcək18 Aprel, 2024 Ağcabədi rayonunun 110 min manatlıq yolu... FOTO18 Aprel, 2024 “WhatsApp”da yeni funksiya var |