Simsar.az | bizi özünüzə Simsar bilin
İlham Əliyev yeni Dövlət Proqramını təsdiqlədi

Prezident İlham Əliyev fevralın 28-də “Azərbaycan Respublikasında xalça sənətinin qorunmasına və inkişaf etdirilməsinə dair 2018-2022-ci illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında" sərəncam imzalayıb. Sərəncam xalçaçılıq ənənələrinin qorunması və inkişaf etdirilməsi, bu sahədə ixrac potensialının artırılması və əhalinin məşğulluğunun təmin edilməsi məqsədi daşıyır.

Sərəncamla “Azərbaycan Respublikasında xalça sənətinin qorunmasına və inkişaf etdirilməsinə dair 2018-2022-ci illər üçün Dövlət Proqramı” təsdiq edilib.

İqtisadiyyat Nazirliyinə Dövlət Proqramında nəzərdə tutulan tədbirlərin həyata keçirilməsini əlaqələndirmək və Dövlət Proqramının icrasının gedişi barədə ildə bir dəfə Azərbaycan Respublikasının Prezidentinə məlumat vermək tapşırılıb.

Nazirlər Kabineti sərəncamdan irəli gələn məsələləri həll etməlidir.

28 Fevral, 2018  22:49 Baxılıb: 1176

Bu bölmədə

16 Mart, 2024
Sabahın havası