Simsar.az | bizi özünüzə Simsar bilin
Faiq Ağayev: "İnamı, ümidi, ruhuma sığalı onda tapıram"

Xalq artisti Faiq Ağayev dünyada baş verən zülm və ədalətsizliyə etiraz edib. O, bu barədə öz facebbok səhifəsində yazıb:  "Qınamayın məni. Deməyin ki, pessimistəm, bədbinəm. Tarixin bütün dövrlərində bəni-adəm zülm, şiddət, ədalətsizliklər görüb. Amma, hər şeyə rəğmən, xoş gələcəyə inamını itirməyib.

XXI əsr bəşər övladının mərhəmət, sevgi, şəfqət - bir sözlə, insaniyyətə ümidlərini puç edir büsbütün.

Hara baxırsan - haqsızlıq, dava-dalaş, müharibələr, faciələr, amansız cinayətlər, insan arzularının darmadağın olması, qlobal, total təqib və basqılar...

Ucuz alıb, baha satan dünya...

Bu dəhşətlər arasında yeğanə sığınacağım - Sənətdir.

İnamı, ümidi, ruhuma sığalı onda tapıram yalnız.

"Dünyanı gözəllik xilas edəcək" deyiminin dərin mənası budur, həqiqətən.

Bir gün bəşəriyyətin nizama gələcəyi xəyalı ilə yaşayan, Sizin, 1oo%F.A"

27 Fevral, 2018  14:33 Baxılıb: 1914

Bu bölmədə