Bəşər Əsəd atəşkəsə razı oldu
Bəşər Əsəd rejimi Suriyada 30 günlük atəşkəsin tətbiqi ilə bağlı BMT Təhlükəsizlik Şurasının qərarına tabe olacağını bildirib. Oxu.az-ın məlumatına görə, ilk günlər bu qərarı tanımadığını bildirən Suriya rəhbərliyi Rusiya Federasiyasının prezidenti Vladimir Putindən gələn təlimat əsasında atəşkəsə əməl olunacağını bildirib. Qeyd edək ki, BMT Təhlükəsizlik Şurası Suriyanın Şərqi Guta bölgəsində yaşanan insanlıq dramını dayandırmaq üçün Suriyada qarşı duran tərəfləri 30 günlük atəşkəsə dəvət etmiş və bununla bağlı qərar qəbul etmişdi. Məlumatlara görə, Şərqi Gutada bombardmanlar nəticəsində mindən artıq insan qətlə yetirilib.
27 Fevral, 2018 12:22 ⁄ Baxılıb: 1581
Bu bölmədə23 Aprel, 2024 Aİ İrana qarşı sanksiyalarını davam etdirir1 Mart, 2024 Zelenskinin Ermənistana səfəri baş tutmayacaq22 Noyabr, 2022 Putin Soltanovskiyi vəzifəsindən azad etdi25 Oktyabr, 2022 Britaniyanın yeni Baş naziri vəzifəsinin icrasına başladı |