Simsar.az | bizi özünüzə Simsar bilin
AZAL-dan elektron kartla pulsuz bilet

“AZAL” QSC tərəfindən tətbiq edilən AZAL-Miles sistemi sərnişinlər tərəfindən maraqla qarşılanıb.

Konserndən verilən məlumata görə, xidmətdən istifadə etmək üçün 1 ay öncə qeydiyyatdan keçən hər bir sərnişin üçün istiqamətlər üzrə uçuşların müqabilində ona təqdim edilən elektron karta bal toplanır. Ümumi bazada toplanan qənaətbəxş balların müqabilində sərnişin pulsuz bilet əldə etmiş olur. 
AZAL-dan bildirilir ki, sərnişinlərin böyük həvəslə istifadə etdiyi bu sistemdən artıq pulsuz bilet əldə edənlər də var.
Qeyd edək ki, belə həvəsləndirici layihəni “Azercell” şirkəti də tətbiq edib.

3 İyun, 2011  17:57 Baxılıb: 1409

Bu bölmədə