Daşkəsəndə kişi həyat yoldaşını qətlə yetirib
Daşkəsən rayonunda qətl hadisəsi baş verib. 1982-ci il təvəllüdlü Əhmədli kənd sakini Abbasova Mahizər Məhəmməd qızı qeyri-rəsmi nikahda yaşadığı 1978-ci il təvəllüdlü Bəşirov Qorxmaz Şəmil oğlu tərəfindən qətlə yetirilib. Məlumata görə o, hadisəni qadının baş nahiyəsinə küt alətlə zərbə endirərək törədib və hadisə yerindən qaçıb. Bildirilir ki, M.Abbasova bir neçə il əvvəl rəsmi nikahda olduğu həyat yoldaşından boşanıb, bir oğlu və bir qızı var. Faktla bağlı Daşkəsən Rayon Prokurorluğunda 120.1 ("Qəsdən adam öldürmə") maddəsi ilə cinayət işi açılıb, araşdırma aparılır.(Report)
25 Fevral, 2018 12:06 ⁄ Baxılıb: 1322
Bu bölmədə19 Aprel, 2024 Mingəçevirdə 20 yaşlı oğlan bıçaqlandı18 Aprel, 2024 31 yaşlı kişi tövlədə özünü asdı17 Aprel, 2024 Aytən Səfərova yol qəzasına düşüb – Ölən var1 Mart, 2024 Göyçayda 1 nəfər kanalda batıb27 Fevral, 2024 Bakıda həkim sevgilisi ilə birgə xanımını döydü |