Simsar.az | bizi özünüzə Simsar bilin
Televiziyada aparılmalı olan islahatlar - Elçin Əlibəylidən TƏKLİF

Tanınmış teleaparıcı, jurnalist Elçin Əlibəyli televiziyalarda aparılmalı olan islahatlarla bağlı maraqlı təklif planı təqdim edib. O, bu barədə öz facebook səhifəsində yazıb. Telejurnalistin televiziyalarda aparılmalı olan islahatlarla bağlı təklifini təqdim edirik.

Televiziyada aparılmalı olan islahatlar:

Milli şirkətlərin qanunvericiliklə mədəni və maarifləndirici proqramlarına sponsorluğunu stimullaşdırmaq;

AzTV və İTV-nin seyrçi marağına səbəb olacaq miqyaslı layihələr həyata keçirmək (mədəniyyət immunitetini artırmaq üçün);

Nazirlik, icra hakimiyyətləri və bələdiyyələrin özəl tv-lərlə işini qurmaq, onların sifarişi ilə profillərinə uyğun təbliğedici layihələr həyata keçirmək;

TV-lərin aylıq ictimai reytinqini tərtib edərək, yaymaq;

TV tənqidi mövzusunda müsabiqələr təşkil etmək.

TV-lərin işini qiymətləndirəcək, bu sahədə araşdırmalar, analizlər edəcək, ictimai əhəmiyyətini dəyərləndirəcək mərkəzin yaradılması və bura sosioloq, kulturoloq, psixoloqların cəlb edilməsi;

Ölkədə mövcud iri reklamverici şirkətlərin və kommersiya qurumlarının mədəni-ictimai layihələrdə iştirakını göstərən cədvəllərin tərtib olunaraq, dərc edilməsi;

Vahid tv portalının yaradılması ilə ayrı-ayrı kanal, veriliş və layihələrlə bağlı ictimai rəyin öyrənilməsi;

İctimai tv-nin uşaq və yeniyetmələr üçün nəzərdə tutulmuş ayrıca kanalının yaradılması;

İctimai tv-nin Azərbaycan tarixinin öyrədilməsi (sənədli film, araşdırma proqramı, seriallardan ibarət) üçün nəzərdə tutulmuş ayrıca kanalının yaradılması;

Yayımın janr və mövzu təsnifatının dəqiqləşdirilməsi və əsas istiqamətlərin müəyyən olunması ilə balansın tələblərini formalaşdırılması;

Bu balans tələblərinin əməl olunması üçün yeni layihələr hazırlayaraq tv-lərə tövsiyyə edilməsi;

Tövsiyə olunmuş layihələrin həyata keçməsi üçün dövlət qurumları ilə işin qurulması;

Tanınmış jurnalistlərə, alimlərə və ədiblərə tv-lərin fəaliyyətini əks etdirəcək təhlillərin hazırlanması sifarişinin verilməsi;

AzTV-nin arxivinin bir nüsxəsini Milli Arxiv idarəsinə təqdim etməsinin və ondan özəl kanalların istifadəsinin təmin edilməsi;

Azərbaycan tv-ləri üçün kulturoloji atlasının tərtib olunması;

Tədris, sosial-pedaqoji, inteqrativ, mədəni-maarif və rekreativ mahiyyətli proqramların dəqiq balansının müəyyənləşməsi, onların məzmun, forma məqamlarına yenidən baxılması;

Adı çəkilən funksiyaların icrasını yaxşılaşdırmaq üçün tenderlərin elan olunması;

Sosial reklamların primitiv çarx və şüar halından çıxarıb təsir gücünü artıracaq vəziyyətə gətirmək üçün iri, baxımlı layihələrə yönəldilməsi;

İstehsalçı şirkətlərlə yayımçılar arasında münasibətlərə yenidən baxılması və bunun tənzimləmə üsullarının müəyyən edilməsi;

Sponsorluq fəaliyyəti və onun reklam qaydalarının sərtləşdirilməsi;

Televiziyanın maarifçilik istiqamətlərinin müəyyən olunması və tövsiyə xarakterli planların tutulması;

TV-lərdə sosial araşdırmalar departamentlərin yaradılması;

Yeni nəsil yazarların və fikir adamlarının televiziya yaradıcılıq prosesinə cəlb olunması;

TV-lər tərəfindən əməkdaşların attestasiyasının təşkil olunması;

25 Fevral, 2018  11:59 Baxılıb: 1839

Bu bölmədə