Xuraman Vəfa: " Şansım dönəcək" - ŞEİRLƏR
Demək sevməmisən məni heç zaman, Vədin də, andın da yalan olubmuş. Hər gecə boynuma sarılıb yatan, Sən demə zəhərli ilan olubmuş.
Yaşada bilmədim məhəbbətimi, Könlümün evində öldürdün onu. Bir dəfə qoymadın bağrıma basım, Hicran məzarında gömürdün onu.
Qəzaya uğratdın eşq həyatımı, Şansım dönməyəcək bir daha geri. Elə oxlamısan qəlbimdən məni, Yaram çox dərindi sağalmır yeri.
Eşqimə nələri qurban vermədim, Sən bu canımı da qurban istədin. Verəcək bir şeyim qalmadı daha, Bir candır, onu da talan elədin.
Hansı niyyət ilə gəlmisən yenə?! Boşuna dil töküb yalvarma mənə. Çox geri dönmüsən, peşmanam deyib, Daha etibarım qalmayıb sənə.
21 Fevral, 2018 12:33 ⁄ Baxılıb: 1716
Bu bölmədə24 Aprel, 2024 Aybəniz Haşımova Fidan Hacıyevanı təbrik etdi23 Aprel, 2024 Xalq yazıçısı Elçin Əfəndiyevin son durumu AÇIQLANDI18 Aprel, 2024 Azərbaycan baleti İtaliya səhnəsində20 Fevral, 2024 Xalq artisti Leyla Şəripova vəfat edib – KİV25 Noyabr, 2023 İlham Qasımov Heydər Əliyev Sarayına direktor təyin olundu |