Simsar.az | bizi özünüzə Simsar bilin
Qənirə Paşayeva İsrail spikeri ilə bir arada -FOTO

Parlament sədri erməni vandalizmdən xəbərdar olub

İsrailin Hayfa şəhərində “Elm, texnologiya və innovasiya: Qadın və Qızlar üçün Təhsil və Treyninq” Qadın Liderlərin Beynəlxalq Konfransında iştirak edən millət vəkilimiz, AŞPA-nın gender bərabərliyi komitəsinin üzvü, siyasi elmlər üzrə fəlsəfə doktoru Qənirə Paşayeva konfrans çərçivəsində İsrail parlamentinin - Knessetin sədri Reuven Rivlinlə görüşüb. Fikir mübadiləsindən sonra millət vəkili İsrail parlamentinin sədrinə Azərbaycan həqiqətləri, Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında törətdiyi vandalizm aktlarını, soyqırımları, minlərlə azərbaycanlını əsir və girov götürərək onlara qarşı amansız işgəncələr həyata keçirməsini, azərbaycanlılara məxsus tarixi-mədəni, dini abidələr, qəbiristanlıqları məhv etməsini, 1 milyon azərbaycanlını 15 ildən artıqdır ki, öz yurd-yuvasına dönməsinə imkan verməməsini özündə əks etdirən materialları təqdim edib. 

Millət vəkili həmçinin Knessetin kitabxanasına da Azərbaycan tarixi, həqiqətləri və mədəniyyətini özündə əks etdirən kitablar, materiallar təqdim edib.

Millət vəkili Qənirə Paşayeva beynəlxalq konfrans çərçivəsində həmçinin İsrailin Xarici İşlər Nazirinin müavini Dani Ayalon, MASHAV – İsrailin Beynəlxalq Əməkdaşlığın İnkişafı Agentliyinin rəhbəri, İsrail Xarici İşlər Nazirliyi Baş direktorunun müavini Haim Divon və qurumun baş direktoru ilə də görüşüb.

Bundan başqa, millət vəkili beynəlxalq konfrans çərçivəsində İsrailin Gənclər, Tələbələr və Qadınlarla iş üzrə nazir müavini Gial Qamliel, Baş nazirin ofisində qadın məsələləri ilə bağlı bölmənin direktoru Vered Suef ilə də görüşüb və qarşılıqlı fikir mübadiləsi aparılıb. Millət vəkili İsraildə keçirdiyi bütün görüşlər zamanı 20-ci əsrin əvvəllərində erməni terror təşkilatlarının, erməni silahlı dəstələrinin Azərbaycan torpaqlarında dinc azərbaycanlılara qarşı həyata keçirdiyi soyqırım zamanı çoxlu sayda yəhudini də qətlə yetirdiyini və onların da erməni soyqırımının qurbanı olduqlarını diqqətə çatdırıb və bununla bağlı materialları təqdim edib.

3 İyun, 2011  17:42 Baxılıb: 935

Bu bölmədə