Şəkidə müəlliməni sahibsiz it dişləyib
Şəkidə işə gedən müəlliməni sahibsiz it dişləyib. Bu gün 07:30 radələrində Şəki şəhəri Emin Sabitoğlu küçəsi ev 21 ünvanında yaşayan 1977-ci il təvəllüdlü Xəyala Abid qızı Qədirbəyova it dişləməsi xəsarəti ilə Şəki Mərkəzi Rayon Xəstəxanasına (MRX) daxil olub. MRX-dan bildirilib ki, Şəkidəki ümumtəhsil məktəblərinin birində müəllim işləyən Xəyala Qədirbəyova işə gedərkən küçədə sahibsiz itin hücumuna məruz qalıb. Nəticədə it Xəyala Qədirbəyovanın sağ baldır nahiyəsindən dişləyib. Xəyala Qədirbəyovaya lazımı tibbi yardım göstərilib, quduzluq əleyhinə peyvənd edildikdən sonra evə buraxılıb. APA
13 Fevral, 2018 11:33 ⁄ Baxılıb: 1314
Bu bölmədə19 Aprel, 2024 Mingəçevirdə 20 yaşlı oğlan bıçaqlandı18 Aprel, 2024 31 yaşlı kişi tövlədə özünü asdı17 Aprel, 2024 Aytən Səfərova yol qəzasına düşüb – Ölən var1 Mart, 2024 Göyçayda 1 nəfər kanalda batıb27 Fevral, 2024 Bakıda həkim sevgilisi ilə birgə xanımını döydü |