Nazirlik: Bayılda sürüşmə aktiv fazadadır
“Hazırda Bayıl sürüşmə zonasında müşahidələr, mühəndis araşdırmaları aparılır, sürüşmə aktiv fazadadır, davam edir”. Bunu “Report”a açıqlamasında ərazidə olan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətinin Geoloji planlama ekspedisiyasının rəisi Əziz Qaralov deyib. Onun sözlərinə görə, hazırda sürüşmə olan əraziyə getmək olmaz: “Ərazidə 20-30 metrlik böyük yarğanlar var. Hazırda orada topoqrafik işlər aparılır. Hazırda əraziyə mayak qoymaq və başqa işlər görmək mümkünsüzdür". Ekspedisiya rəisi qeyd edib ki, Zığ, Masazır qəsəbəsindəki “Zəli gölü”, Nübar qəsəbəsidə olan sürüşmə sahələrində də aktivləşmə var.
13 Fevral, 2018 11:27 ⁄ Baxılıb: 1395
Bu bölmədə24 Aprel, 2024 Sabah 31 dərəcə isti olacaq - PROQNOZ19 Aprel, 2024 Sabahın hava proqnozu19 Aprel, 2024 Baş prokuror Ağdaşda qəbul keçirəcək18 Aprel, 2024 Ağcabədi rayonunun 110 min manatlıq yolu... FOTO |