Simsar.az | bizi özünüzə Simsar bilin
İlham Əliyev: "Biz tarixi torpaqlarımza- İrəvana qayıtmalıyıq"

Prezident YAP qurultayındakı nitqində Azərbaycanın indiki Ermənistan ərazsinə qatılan tarixi torpaqları barədə də danışıb. Deyib ki, bu tarixi torpaqlar unudulmamalıdır.

"Və biz bu torpaqları unutmuruq. Bu da gələcək fəaliyyətimiz üçün istiqamət olmalıdır, necə ki, biz bu gün də bu istiqamətdə iş görürük. Bizim tarixi torpaqlarımız İrəvan xanlığıdır, Zəngəzur, Göyçə mahallarıdır. Bunu gənc nəsil də, dünya da bilməlidir. Mən şadam ki, bu məsələ ilə bağlı - bizim əzəli torpaqlarımızın tarixi ilə bağlı indi sanballı elmi əsərlər yaradılır, filmlər çəkilir, sərgilər təşkil olunur. Biz növbəti illərdə bu istiqamətdə daha fəal olmalıyıq və dünyanın müxtəlif yerlərində sərgilər, təqdimatlar keçirilməlidir. Çünki İrəvan bizim tarixi torpağımızdır və biz azərbaycanlılar bu tarixi torpaqlara qayıtmalıyıq. Bu, bizim siyasi və strateji hədəfimizdir və biz tədricən bu hədəfə yaxınlaşmalıyıq"-İlham Əliyev deyib.

***15:58

Prezident nitqində deyib ki, sabitlik olmadan inkişafdan söhbət gedə bilməz və bunu hazırda bəşəriyyət əyani şəkildə görür. Çünki sabitliyin pozulması  xalqlara, ölkələrə böyük bəlalar, faciələr gətirir.

“Bu gün dağılmış vəziyyətdə olan və daxili inteqrasiyanı tamamilə itirən ölkələrin gələcək taleyi böyük sual altındadır. Ona görə həyat və yaxın tarixin mənzərəsi göstərir ki, sabitlik əsas amildir və sabitlik necə təmin edilməlidir? Ancaq düzgün siyasətlə. O siyasət ki, onun mərkəzində xalq dayanır, ölkə vətəndaşı dayanır. Biz məhz bu siyasəti aparırıq»-İlham Əliyev deyib.

Prezident nitqində vurğulayıb ki, Azərbaycan bundan sonra da beynəlxalq arenada fəal rol oynayacaq.

Sitat: “Bizim bütün ölkələrlə qarşılıqlı hörmət və biri-birinin işinə qarışmamaq şərti ilə münasibətlərimiz qurulub. Bu münasibətləri biz möhkəmləndirəcəyik. Qonşu dövlətlərlə əlaqələrimiz daha da yüksək pilləyə qalxacaqdır. Mən buna əminəm. Çünki hazırda başladığımız və davam etdirdiyimiz iqtisadi və digər layihələr bunu deməyə əsas verir”.

8 Fevral, 2018  17:38 Baxılıb: 1522

Bu bölmədə