Simsar.az | bizi özünüzə Simsar bilin
AŞ PA həmməruzəçilərinin Azərbaycana səfəri planlaşdırılmır

Hazırda Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) Azərbaycan üzrə həmməruzəçilərinin Azərbaycana səfəri planlaşdırılmır.Bu barədə məlumatı Trend-ə AŞ PA-nın mətbuat xidmətindən veriblər. Qeyd edək ki, bir neçə gün əvvəl AŞ PA-nın Monitorinq Komitəsinin Azərbaycan üzrə həmməruzəçisi Stefan Şennak "Twitter" səhifəsində gözlənilən səfər barədə məlumat vermişdi.

S.Şennak qeyd etmişdi: “Novruz yaxınlaşır, həmçinin seçkilər və Azərbaycan Xalq Cumhuriyyətinin 100 illik yubiley tarixi yaxınlaşır. Biz çoxlu sayda məhbusun azad ediləcəyinə ümid edirik”.

8 Fevral, 2018  16:21 Baxılıb: 1400

Bu bölmədə