![]() |
Dünya Kuboku Bakıya xüsusi təyyarə ilə gətiriləcək
Futbol üzrə Dünya Kuboku fevralın 9-da səhər saatlarında Bakıya xüsusi təyyarə ilə gətiriləcək. “Report” xəbər verir ki, ali mükafatı xüsusi təyyarə ilə 1998-ci il dünya çempionatında Fransa yığmasının heyətində qızıl medal qazanmış Kristian Karambö müşayiət edəcək. Yerli KİV nümayəndələri üçün mətbuat konfransı saat 11:00-da Hilton otelində keçiriləcək. Sonra kubok şəhər sakinləri və qonaqlarına nümayiş etdirilməsi üçün "Gənclik Mall" ticarət mərkəzinə aparılacaq. Saat 13:00-dan 19:00-dək futbol azarkeşləri Dünya Kubokunu yaxından görə biləcəklər.
8 Fevral, 2018 15:24 ⁄ Baxılıb: 977
Bu bölmədə8 Dekabr, 2018 Qurban Qurbanov istefa verdi4 Oktyabr, 2018 Bakıda veloyürüş keçiriləcək4 Oktyabr, 2018 "Qarabağ" bu gün "Arsenal"la qarşılaşacaq - BAKIDA23 Aprel, 2018 Formula 1 komandaları artıq Bakıdadır |