Simsar.az | bizi özünüzə Simsar bilin
Xuraman Vəfa: "Sevgi pay deyil" - ŞEİRLƏR

 

 

 

 

 

 

 

 

 

 

 

 

Sevgi borc deyil ki, bu gün istəyib,

Sabah sağ ol deyib, geri verəsən.

Sevgi, ürəklərin telli sazıdır,

Gərək mizrab vurub, dilləndirəsən.

 

Hər şey bitdi deyib çıxıb getsən də,

xəyalım başından getməyəcəkdir.

Gecələr qəlbinlə yalqız qalanda,

Bir kimsə dadına yetməyəcəkdir.

 

Gedirsən yaxşı yol, uğurlar olsun,

Hər kəs qədərini yaşayacaqdır.

Könül sarayına yığdığı yükü,

Gücü çatanadək daşıyacaqdır.

 

Sanma həsrətinə dözə bilməyib,

Dərdindən ağlaram divanə kimi.

Can deyib başıma bir sığal çəksən,

Başına dönərəm, pərvanə kimi.

 

Həyat məktəbindən aldım dərsimi,

Yoxluğun gözümü qorxutmayacaq.

Mənə gəl ayrılaq, dediyin günü,

Qəlbim heç bir zaman unutmayacaq.

 

İndi son qərarı sən verəcəksən,

İstəsən ayrılaq elə bu gündən.

Mən o gün qəlbimdən silmişəm səni,

Sən də bacarırsan, çıxart könlündən.

8 Fevral, 2018  11:32 Baxılıb: 2287

Bu bölmədə