![]() |
Donald Tramp Quantanamo həbsxanasını saxlamaq niyyətindədir
ABŞ prezidenti Donald Tramp Kubanın Quantanmo rayonundakı xüsusi həbsxana ilə bağlı sərəncam imzalamağa hazırlaşır. Sərəncam həbsxananın saxlanması ilə bağlı olacaq. Bu yolla Tramp Barak Obamanın 2009-cu ildə imzaladığı fərmanı ləğv edir. Barak Obama həbsxananın ən qısa müddətə bağlanacağı barədə fərman imzalamışdı. Bununla yanaşı dustaqların vətənlərinə və ya ABŞ-ın digər həbsxanalarına köçürülməsini ehtiva edən maddə də ləğv edilir. ABŞ mətbuatının xəbərinə əsasən, prezident qərarını gələn həftə açıqlayacaq. 30 yanvar tarixində Tramp Konqress qarşısında "ölkənin vəziyyəti" adlı çıxış edəcək. Qeyd edək ki, Quantanamo həbsxanası 2002-ci ildə oğul Corc Buş tərəfindən yaradılıb. Bu həbsxanada terrorizmdə ittiham edilən dustaqlar cəza çəkir.(ölkə.az)
26 Yanvar, 2018 11:22 ⁄ Baxılıb: 914
Bu bölmədə12 Oktyabr, 2018 Kadırov Həbibə maşın, atasına fəxri ad verdi3 Oktyabr, 2018 Ermənistan prezidenti 6 naziri istefaya göndərib7 May, 2018 İranda 5 bal gücündə zəlzələ olub23 Aprel, 2018 Ermənistanda fövqəladə vəziyyət tətbiq edilə bilər13 Aprel, 2018 Rusiyanın hərbi helikopteri itkin düşüb |