![]() |
Axund dəm qazından öldü - SALYANDA
Ötən gecə Salyan rayonunun Şəhriyar küçəsindəki evlərdən birində dəm qazından zəhərlənmə hadisəsi baş verib. Virtualaz.org saytının Şirvan bürosunun məlumatına görə, 1982-ci ildə anadan olmuş Əli Əliqəm oğlu İsmayılov dəm qazından boğularaq ölüb. İki azyaşlı uşaq atası olan Ə.İsmayılovun ailəsi həmin vaxt Bakı şəhərində olduğundan özü evdə tək olub. İlkin məlumata görə, qəfil əsən külək nəticəsində mənzildə quraşdırılmış qaz peçinin baca borusunun başlığı üzü aşağı çevrilib və dəm qazı geriyə, evə dolmağa başlayıb. Nəticədə divanda yuxulayaraq televizora baxan Əli İsmayılov zəhərlənərək dünyasını dəyişib.
26 Yanvar, 2018 11:20 ⁄ Baxılıb: 729
Bu bölmədə24 Dekabr, 2018 Bakıda 18 yaşlı gənc qətlə yetirilib12 Noyabr, 2018 Bakı sakini binanın girişində güllələnib18 Oktyabr, 2018 Azərbaycan Müstəqillik Gününü qeyd edir16 Oktyabr, 2018 Bakı metrosunda sərnişin öldü16 Oktyabr, 2018 Şamaxıda zəlzələ olub |