Xuraman Vəfa: "Həsrət gecələr" - ŞEİRLƏR
Sən məndən ayrılıb gedəndən bəri, canımı yandırır həsrət gecələr.?! Süküt dumantəki çöküb üstümə, Qəlbimdə qalmayır taqət, gecələr. Gah hicran üstümə hücum eləyir, Gah dərd önə keçir, qəm üstələyir. Könül umduğunu səndən diləyir, Yalqızlıq gözləmir dəvət, gecələr. səni xatərladır hər künc, hər budaq, Sanıram əllərin məni saracaq. xəyallar sarılır boynuma ancaq, Mənə nə yaşatmır, heyrət gecələr. İllərdir yoldaşam qara gecəyə, Bir gün görmədim ki, mənə can deyə. Sən də yetməyirsən dada, köməyə, Mənə şəfqət vermir, şəfqət gecələr. Qırılıb ümidim, ölüb həvəsim, Ruhum ölüb, qalıb quru nəfəsim. Divarlara dəyib qayıdır səsim, Məni qarət edir, qarət gecələr, Nə yaman olurmuş həsrət gecələr.
18 Yanvar, 2018 13:57 ⁄ Baxılıb: 2700
Bu bölmədə18 Aprel, 2024 Azərbaycan baleti İtaliya səhnəsində20 Fevral, 2024 Xalq artisti Leyla Şəripova vəfat edib – KİV25 Noyabr, 2023 İlham Qasımov Heydər Əliyev Sarayına direktor təyin olundu1 Noyabr, 2023 Aybəniz Haşımova və tələbələri Biləsuvarda |