Simsar.az | bizi özünüzə Simsar bilin
Qohumunu döyərək öldürüb

Abşeron rayon sakini qohumunu döyüb öldürüb. Daxili İşlər Nazirliyindən verilən məlumata görə, yanvarın 15-də Abşeron rayonunun Saray qəsəbəsindən qəsəbə sakini Muğan Şalikovun yıxılaraq kəllə-beyin travması alaraq xəstəxanaya yerləşdirilməsi barədə DİN-in “102 Xidməti-Zəng Mərkəzi”nə məlumat daxil olub.

Abşeron RPİ əməkdaşları tərəfindən aparılmış təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində M.Şalikovun həmin gün Saray qəsəbəsi ərazisində aralarında yaranmış münaqişə zəminində qohumu Vüqar Həsənov tərəfindən döyülməsi müəyyən edilib. M.Şalikov yanvarın 17-də xəstəxanada ölüb.

Faktla əlaqədar cinayət işi başlanılıb, V.Həsənov polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib.

18 Yanvar, 2018  13:44 Baxılıb: 1413

Bu bölmədə