Yazıçı Nahid Hacızadə vəfat edib
Yazıçı, ssenarist, kino redaktoru Nahid Hacızadə vəfat edib. Azərbaycan Yazıçılar Birliyinin (AYB) mətbuat katibi, şair Xəyal Rza açıqlamasında bildirib ki, N.Hacızadə bu gün, yəni yanvarın 18-də 82 yaşında dünyasını dəyişib: "Mərhum bu gün Biləcəri qəbiristanlığında dəfn olunacaq. Nahid Hacızadənin cənazəsi evindən götürüləcək". Qeyd edək ki, Nahid Rəhim oğlu Hacıyev 1936-cı il martın 14-də Gədəbəyin Düzrəsullu kəndində anadan olub. Orta məktəbi Tovuzda bitirib. Bakıda Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsində təhsil alıb. Ali məktəbi bitirdikdən sonra ilk iş yeri televiziya olub. Sonralar bir müddət nəşriyyatda çalışsa da, ömrünün sonun qədər Respublika Xatirə Kitabı Redaksiyasının baş redaktoru olub. Onun "Ömrün sorağında", "Ömür gözləyir bizi", "Məhəbbət yaşadır", "Köçündən ayrılan durna" pyesləri Şəki, İrəvan və Bakı teatrlarında tamaşaya qoyulub. "Qisas qiyamətə qalmaz" pyesi isə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının hazırladığı ən uğurlu tamaşalardan biri olub. Nahid Hacızadənin ssenariləri əsasında həm də 30-a yaxın sənədli və bədii televiziya filmi çəkilib. Müəllifin "Son qəmin olsun, Vətən!", "Qayalarda qalan səs" və "Yaşa, ey haqq" filmləri Qızıl Fonda daxil edilib. Bəstəkar Eldar Mansurov Nahid Hacızadənin sözlərinə bəstələdiyi "Qalx, qalx, ulu torpaq!" mahnısı xalq artisti Mübariz Tağıyevin ifasında neçə illərdir səslənməkdədir. Bu mahnı Qarabağ müharibəsinin, müqəddəs torpaqlarımızın hünər və rəşadət himni kimi sevilir. Uzun illər Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsində çalışıb. Redaktorluqdan şirkətin sədr müavini vəzifəsinə qədər yüksəlib. Ömrünün 40 ilə yaxını radio və televiziya ilə bağlı olub.(report)
18 Yanvar, 2018 12:45 ⁄ Baxılıb: 1921
Bu bölmədə24 Aprel, 2024 Aybəniz Haşımova Fidan Hacıyevanı təbrik etdi23 Aprel, 2024 Xalq yazıçısı Elçin Əfəndiyevin son durumu AÇIQLANDI18 Aprel, 2024 Azərbaycan baleti İtaliya səhnəsində20 Fevral, 2024 Xalq artisti Leyla Şəripova vəfat edib – KİV25 Noyabr, 2023 İlham Qasımov Heydər Əliyev Sarayına direktor təyin olundu |