Azərbaycanın tanınmış aktyoru ölüm ayağında — VİDEO
Hepatit C virusuna yoluxan aktyor bir müddətdir ki, 1 saylı Kliniki Tibbi Mərkəzdə ("Semaşko") müalicə olunur. Ancaq maddi durumu imkan vermədiyindən Məmmədov lazımi dərmanları ala bilmir. Həmkarlarının bildirdiyinə görə, bir müddət də belə davam edərsə, onu itirə bilərik. Qeyd edək ki, Fikrət Məmmədov 1977-94-cü illər ərzində "Cin mikrorayonda", "İşarəni dənizdən gözləyin", "Qara Volqa", "Sahilsiz gecə", "Şir evdən getdi, "Yaramaz" və bu kimi qırxa yaxın filmə çəkilib. 2002-ci ildə avtomobil qəzasına düşən aktyorun nitqində problem yaranıb. Onun ən yaddaqalan rolu isə Ceyhun Mirzəyevin çəkdiyi "Fəryad" filmindəki erməni obrazıdır. (ölkə.az)
10 Yanvar, 2018 13:31 ⁄ Baxılıb: 1847
Bu bölmədə19 Aprel, 2023 Bakıda bütün köhnə binalar söküləcək6 Sentyabr, 2022 Ağsuda iki qadın itkin düşüb - Fotolar29 İyun, 2022 İlham Əliyev Türkmənistanda səfərdədir27 May, 2022 İlham Əliyev: “Heç kim gəlib bizə dərs oxumasın”12 Aprel, 2022 Şəhid Əlihüseynin anasına vəzifə verildi |